Turan Bayramov rüsvayçı döyüşlə medal və lisenziyasız qalıb
Serbiyada güləş üzrə dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın daha bir sərbəst sərbəst güləşçisi medal görüşünə çıxıb.
74 kq çəkidə yarışan Turan Bayramov (74 kq) bürünc medal üçün Rusiya əsilli serbiyalı Xetik Çabolovla qarşılaşıb.
Həm də olimpiadaya vəsiqə verən yer uğrunda döyüşdə təmsilçimiz rəqibinə məğlub olub.
Bayramov lisenziya üçün 5-ci yer yarışında yunanıstanlı Georgios Kuqiumtsidislə qarşılaşıb və biabırçı şəkildə uduzub.
O, 8:0 hesabı ilə irəlidə olduğu dueli 8:8 başa vurub və 3 dəfə cərimə balı aldığı üçün qələbə rəqibə verilib.