Yunan-Roma güləşi üzrə yığma komandamız Avropa ikincisi oldu

Yunan-Roma güləşi üzrə yığma komandamız Avropa ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında ümumilikdə 6 medal qazanıblar.

mediasport.az xəbər verir ki, yarışın ikinci günündə 45 kq-da döşək üzərinə çıxan Turan Daşdəmirov Avropa çempionu olub, 51 kq-da mübarizə aparan Əli Seyidəlili bürünc mükafatla kifayətlənib.

Qadın güləşçilərdən Ruzanna Məmmədova (57 kq) isə yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, həlledici görüşünü bu gün keçirəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.

Millimiz bu nəticə ilə 118 xal toplayaraq komanda hesabında 2-ci yeri tutub. Güləşçilərimiz yalnız Gürcüstandan (185 xal) geri qalıblar.