FİA prezidenti Bakıya gəlib
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Ben Sulayem Azərbaycana gəlib.
Mediasport.az xəbər verir ki, qurum rəhbəri Bakıda dekabrın 5-8-də baş tutacaq FİA Baş Assambleyalarının iclasları və mükakatlandırma mərasimində (FİA Prize-Giving Ceremony) iştirak edəcək.
Qeyd edək ki, FİA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya toplaşıblar.
Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FİA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında qəbul olunmuşdu.
Avtomobil idmanı sahəsində bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.