FİFA referimiz Ukrayna, Rumıniya və Monteneqronun oyununda

FİFA referimiz Ukrayna, Rumıniya və Monteneqronun oyununda

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı yeni təyinat alıb.

mediasport.az xəbər verir ki, gənc hakim martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq “Avro-2023”ün əsas mərhələsinin ikinci qrupunun oyunlarını idarə edəcək.

Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaqlar.