Qış "transfer pəncərəsi"nin açılacağı tarix müəyyənləşib

Qış "transfer pəncərəsi"nin açılacağı tarix müəyyənləşib

Futzal üzrə Yüksək və Birinci Liqalarda qış "transfer pəncərəsi"nin açılacağı tarix müəyyənləşib.

Bu barədə Mediasport.az saytına Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Transfer dönəmi 2024-cü il yanvarın 3-də başlanacaq.

Komandalar yanvarın 31-i saat 18:00-dək transfer çalışmalarını davam etdirə, yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.