Qızıl və gümüş medalçılar Azərbaycan Kubokunun finalında

Qızıl və gümüş medalçılar Azərbaycan Kubokunun finalında

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalın ilk duelində "Baku Fire" "Neftçi"dən üstün olub.

Finala vəsiqə uğrunda digər matçda isə ölkə çempionu "Araz-Naxçıvan" PFL-ə qalib gəlib.

Yüksək Liqanın qızıl və gümüş medalçıları arasında Azərbaycan Kubokunun həlledici qarşılaşması mayın 7-də Bakı İdman Sarayında keçiriləcək və oyun saat 14:00-da başlanacaq.


Azərbaycan Kuboku. Yarımfinal


"Neftçi" İK - "Baku Fire" 4:7

Qollar: Rza Abgün, 21:22, 30:58, Vahib Xocayev, 23:50, Namiq Məmmədkərimov, 24:57 // Kənan Manafov, 2:13, 18:11, 22:02, Oktay Rüstəmli, 9:45, 23:30, Yaqo Enrike, 29:07, Tofiq Mikayılov, 37:10.


"Araz-Naxçıvan" - PFL 6:3

Qollar: Lukas Romao, 13:34, 37:22, Amadeu, 29:31, 36:29, Andre Junior, 31:12, Miloş Todoriç, 39:06 / Eyvaz Tağıyev, 3:43, Raqif Eyvazov, 22:12, Emil Abaszadə, 39:37.