DÇ-2024: Azərbaycan yığması səfərdə Rumıniya ilə qarşılaşır

DÇ-2024: Azərbaycan yığması səfərdə Rumıniya ilə qarşılaşır

Bu gün futzal üzrə Azərbaycan yığması DÇ-2024-ün elit-raundu çərçivəsində qrup mərhələsində ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, komandamız Rumıniyada yerli komanda ilə üz-üzə gələcək.

Qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Yığmamız raundun növbəti görüşünü sentyabrın 20-də Bakıda Niderland yığmasına qarşı keçirəcək. Qrupda son olaraq oktyabrın 11-də Astanada Qazaxıstan futzalçıları ilə qarşılaşacağıq.


DÇ-2024. Elit-raund


19:30 Rumıniya - Azərbaycan

Hakimlər: Admir Zahoviç, Aleş Moçnik Periç, Deyan Veseliç (hamısı Sloveniya)

Hakim-inspektor: Ancelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya) 

Buzau, "Romeo lamandi" arena.