FİFA Rusiyaya icazə verdi

FİFA Rusiyaya icazə verdi

FİFA Rusiyanın Tacikistan yığması ilə yoldaşlıq matçını keçirməsinə icazə verib.

mediasport.az xəbər verir ki, oyununun nəticəsi FİFA reytinqi hesablanarkən nəzərə alınacaq.

Rusiya və Tacikistan yığmaları arasındakı görüş noyabrın 17-də baş tutacaq.

Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkənin yığması və klubları FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.