Renatın komandasının 1/8 finaldakı rəqibi müəyyənləşib

Renatın komandasının 1/8 finaldakı rəqibi müəyyənləşib

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" İstanbul təmsilçisi "Başakşəhər"lə qarşılaşacaq.

Türkiyə Kuboku

1/8 final mərhələsi

"Sivasspor" - "Konyaspor"

"Başakşəhər" - "Hatayspor"

"Gənclərbirliyi" - "Trabzonspor"

"Antalyaspor" - "Beşiktaş"

"Fatih Karagümrük" - "Samsunspor"

"Ankaragücü" - "24 Ərzincanspor"

"Qalatasaray" - "Bandırmaspor"

"Gaziantep" - "Fənərbağça"

Xatırladaq ki, 1/8 final mərhələsinin oyunları 6, 7 və 8 fevralda keçiriləcək.