Finalçılar İsveçrə və Niderlandda bilinəcək - UEFA Konfrans Liqası

Finalçılar İsveçrə və Niderlandda bilinəcək - UEFA Konfrans Liqası

Bu axşam futbol üzrə UEFA Konfrans Liqasında da finala vəsiqə qazanan komandaların adlarına aydınlıq gətiriləcək.

mediasport.az xəbər verir ki, qitənin 3-cü nüfuzlu klub yarışının həlledici matçı iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.


UEFA Konfrans Liqası. 1/2 final. Cavab oyunları


23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)

Baş hakim: Xose Mariya Sançes (İspaniya)

İsveçrə, Bazel. "Sankt-Yakob Park" stadionu. İlk oyun - 2:1


23:00. "Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Niderland, Alkmaar. AZ stadionu. İlk oyun - 1:2