Mahirin klubu yenə uduzub, "Fənərbağça"dan ardıcıl 19-cu qələbə - Avropa Konfrans Liqası

Mahirin klubu yenə uduzub, "Fənərbağça"dan ardıcıl 19-cu qələbə - Avropa Konfrans Liqası

Avropa Konfrans Liqasında da qrup mərhələsinin 3-cü turunun görüşləri oynanılıb.

Mediasport.az xəbər verir ki, 8 qrupda 15 qarşılaşma baş tutub.

İsrail-Fələstin münaqişəsinə görə Makkabi (Təl-Əviv) – Zarya (Ukrayna) oyunu təxirə salınıb

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) növbəti dəfə məğlub olub.

Ötən tur Kosovo səfərində gözlənilmədən "Ballkani"yə 0:2 hesabı ilə uduzan Xorvatiya çempionu doğma meydanda Çexiyanın "Viktoriya" komandasına boyun əyib.

Matça start heyətdə başlayan futbolçumuz 56 dəqiqə oynayıb, sarı vərəqə ilə yadda qalıb.

Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" bütün turnirlə daxil ardıcıl 19-cu oyunundan da maksimum nəticə ilə ayrılıb. "Beşiktaş" isə Norveçdə "Bude-Qlimt"ə uduzub.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 3-cü tur


A qrupu

Klaksvik (Farer adaları) – Olimpiya (Sloveniya) 3:0

Qollar: Joensen, 30, P.Kiettskard, J.Andersen, 54.

Lill (Fransa) – Slovan (Bratislava, Slovakiya) 2:1

Qollar: Y.Yazıcı, 68, R.Sabella, 82 - A.Kavriç.

Xal durumu: Lill – 7. Slovan, 6 Klaksvik – 4. Olimpiya – 0.


B qrupu

Gent (Belçika) – Breydablik (İslandiya) 5:0

Qollar: O.Gendelman, 10, H.Suypres, 15, 19, T.Tissoudali, 43, G.Orban, 69.

Xal durumu: Gent – 7. Zarya – 4. Makkabi – 3. Breydablik – 0.


C qrupu

Ballkani (Kosovo) – Astana (Qazaxıstan) 1:2

Qollar: E.Kuç, 8 - K.Hovhannisyan, 7, A.Beysebekov, 23.

Dinamo (Zaqreb, Xorvatiya) – Viktoriya (Plzen, Çexiya) 0:1

Qol: T.Çory, 69-pen.

Xal durumu: Viktoriya – 9. Ballkani – 3. Dinamo – 3. Astana – 3.


D qrupu

Bude-Qlimt (Norveç) – Beşiktaş (Türkiyə) 3:1

Qollar: A.Qronbaek, 29, F.Mounbaqna, 58, U.Saltnes, 87 - B.Moe, 90+1(avtoqol).

Luqano (İsveçrə) – Brügge (Belçika) 1:3

Qollar: S.Vladi, 74 - E.Balante, 15, S.Olsen, 50, H.Vanaken, 87.

Xal durumu: Luqano – 4. Brügge – 7. Luqano - 4. Bodo Qlimt - 4. Beşiktaş – 1.


E qrupu

AZ (Niderland) – Aston Villa (İngiltərə) 1;4

Qollar: İ.Sadiq - L.Bailey, 13, Y.Tielemans, 23, O.Vatkins, 51, J.Makgin, 56.

Zrinski (Bosniya və Herseqovina) – Legiya (Polşa) 1:2 

Qollar: N.Bilbija, 30 - Jakovljeviç,32 (avtoqol), B.Kramer, 63.

Xal durumu:  Aston Villa – 6. Legiya – 6 Zrinski – 3. AZ – 3.


F qrupu

Fiorentina (İtaliya) – Çukariçki (Serbiya) 6:0

Qollar: L.Beltran, 6, 10, J.İkone, 29, R.Sottil, 65, Q.Martinez, 73, M.Lopes.

Genk (Belçika) – Ferensvaroş (Macarıstan) 0:0

Xal durumu: Fiorentina – 5 Ferensvaroş – 5. Genk – 5. Çukariçki – 0.


G qrupu

Aberdin (Şotlandiya) – PAOK (Yunanıstan) 2:2

Qollar: Miovski, 50, D.Polvara, 58 - K.Despotov, 73, Vieirinha, 84.

Ayntraxt (Almaniya) – HJK (Finlandiya) 6:0

Qollar: J.Dina, 12, R.Koç, 27, Marmoş, 31, Tuta, 45+3, E.Şekiri, 55.

Xal durumu: PAOK – 9. Ayntraxt – 6.  Aberdin – 1. HJK - 1


H qrupu

Fənərbağça (Türkiyə) – Ludoqores (Bolqarıstan) 3:1

Qollar: M.Batşuayi, 42, M.Zayç, 52, 90+3 - R.Bakeo,65 (avtoqol).

Spartak (Trnava, Slovakiya) – Norşelland (Danimarka) 0:2

Qollar: J.Jennes, 36, K.Rasmussen, 48ş

Xal durumu: Fənərbağça – 9. Norşellan – 6. Ludoqores – 3. Spartak – 0.