Niderlandlı ulduz Bakıya gəlir

Niderlandlı ulduz Bakıya gəlir

28-30 aprel tarixlərində Bakıda növbəti dəfə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adı açıqlanıb.

mediasport.az xəbər verir ki, daha bir niderlandlı musiqiçi - DJ Don Diablo da paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.

Onun nümayişi aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə olacaq. Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi müəyyənləşib.