Futbolla vidalaşmış millimizin sabiq üzvü idman direktoru oldu - FOTO
Karyerasını başa vurmuş milli komandamızın keçmiş yarımmüdafiəçisi Amit Quluzadə futbola geri qayıdıb.
MediaSport.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçu yeni mövsümdən 2-ci Liqada çıxış edəcək "Füzuli" komandasının idman direktoru olacaq.
Qeyd edək ki, Amit Azərbaycanda "Neftçi", "Rəvan", "Qəbələ", "Sumqayıt" və "Səbail" klublarından başqa, Türkiyənin "Kayseri Ərciyəsspor", Portuqaliya 3-cü liqasının "Atletiko", Kiprin AEL, Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Çelik", Moldovanın "Milsami" və son olaraq Avstriyanın həvəskarlar liqasında "Stadi-Paura"nın formasını geyinib.