"Qarabağ", "Sumqayıt" və "Sabah"ın rəqibləri müəyyənləşir - YENİLƏNİR

 "Qarabağ", "Sumqayıt" və "Sabah"ın rəqibləri müəyyənləşir - YENİLƏNİR

Bu gün futbol üzrə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 2024/2025-ci illər mövsümü üçün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Mediasport.az xəbər verir ki, mübarizəyə bu raunddan start verəcək Azərbaycan təmsilçiləri - "Qarabağ", "Sumqayıt" və "Sabah"ın da rəqibləri müəyyənləşcəək.

Ağdam təmsilçisi Çempionlar Liqasında gücünü sıayacaq, digər iki komandamız isə Konfrans Liqasında yarışacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında çıxış edəcək "Zuirə"nin 1-ci təsnifat mərhələsində rəqibi dünən məlum olub.

Rəşad Sadıqovun komandası Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.