Millimizin futbolçusu Cənubi Koreyada ilk qolunu vurdu
Bu ilin fevralında "Daejeon" klubuna transfer edilən futbol üzrə Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk Cənubi Koreya klubundun heyətində ilk qolunu vurub.
mediasport.az xəbər verir ki, o, ölkə çempionatının 9-cu turu çərçivəsində “Yonbuk”la səfər matçında fərqlənib.
24 yaşlı müdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. "Daejeon” hazırda 17 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.