"Gəncə"dən ardıcıl dördüncü qələbə

"Gəncə"dən ardıcıl dördüncü qələbə

Azərbaycan Basketbol Liqasında 23-cü tura yekun vurulub.

mediasport.az xəbər verir ki, turun son görüşü Gəncədə keçirilib.

Şəhərin eyniadlı komandası Astara təmsilçisi "Zirvə"dən üstün olub - 98:89.

Beləliklə, ardıcıl dördüncü qalibiyyətini qazanan gəncəlilər pley-off zonasında yerini bir qədər də möhkəmləndirib.