"Sabah" uduzdu, "Gəncə" liderliyi ələ keçirdi - Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 6-cı tura bir matçla yekun vurulub.
mediasport.az xəbər verir ki, turun son oyun günündə “AAAF Xırdalan” və “Olimpik” (Şəki) basketbolçuları qarşılaşıblar.
Xırdalan təmsilçisi böyük fərqlə (93:71) qalib gəlib. Görüşün ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Devin Pullum (23 xal, 7 ribaund), “Olimpik”dən Anar Hacıyev (25 xal, 8 ribaund) olub.
6-cı turdan sonra çempionatda vahid lider müəyyənləşib. "Sabah"ın bu tur məğlubiyyətindən maksimum yararlanan "Gəncə" 11 xalla zirvəyə yüksəlib. 10 xala malik Masazır klubu ilə NTD ikinci-üçüncü yerləri bölüşdürür.
7-ci turun oyunları 23, 26 və 27 noyabr tarixlərində keçiriləcək.