"Səhvlərin üzərində çox dayanan baş məşqçiyəm" - Alberto Blanko

  "Səhvlərin üzərində çox dayanan baş məşqçiyəm" - Alberto Blanko

"Ordu"nun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının 2-ci turunun "Şəki" ilə görüşündən sonra (104:84) klubun mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, o, komandasının birinci və ikinci hissə yaxşı oynadığı deyib, üçüncü hissə haqda eyni fikirləri səsləndirməyib:

"Bəzi məqamlarda rəqibdən geri qalırdıq. İstəyirəm ki, hər zaman bu günkü oyunun ilk periodlarındakı kimi çıxış edək. Mən səhvlərin üzərində çox dayanan baş məşqçiyəm. Onların qısa zamanda aradan qaldırılmasını istəyirəm. Diqqətimizi inkişafımıza yönəltməliyik".