Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib
Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib.
Mediasport.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Kollegiyanın üzvləri sırasına Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri daxil edilib.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidentini isə “Azəridmanservis” MMC-nin direktoru əvəzləyib.