Azərbaycan boksçusu 500 min dollarlıq döyüşə çıxacaq
Fevralın 16-da Tacikistanın paytaxtı Düşənbədə boks üzrə “İBA Çempionlar Gecəsi” keçiriləcək.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Boks Assosiasiyasının (İBA) təşkil edəcəyi turnirdə Azərbaycan boksçusu Alfonso Dominges (86 kiloqram) də yarışacaq.
“Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı çempionluq kəməri uğrunda rusiyalı Şarabutdin Atayevlə qarşılaşacaq.
Görüşün mükafat fondu 500 min ABŞ dollarıdır. Qalib boksçu 350 min dollar, məğlub olan idmançı 150 min dollar qazanacaq.
Qeyd edək ki, Alfonso Dominges və Şarabutdin Atayev daha əvvəl 3 dəfə üz-üzə gəliblər.
Təmsilçimiz 1 dəfə qələbə qazanıb, 2 duel rusiyalının xeyrinə yekunlaşıb.