Gəncə klubunda növbəti ayrılıq

Gəncə klubunda növbəti ayrılıq

“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voleybolçu cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.

“Gəncə” klubunun rəhbərliyi oyunçuya xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.

"Gəncə" daha əvvəl digər rusiyalı voleybolçu - Anna Balberova ilə vidalaşıb.