Azərbaycan millisi ardıcıl üçüncü oyunda da "quru hesabla" uduzub
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi üçüncü oyunundan da məğlub ayrılıb.
Mediasport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Estoniyaya müqavimət göstərə bilməyib.
Əvvəlki iki turda Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzan millimiz estonlara da eyni hesabla yenilib - 0:3 (17:25, 9:25, 16:25).
Noyabrın 26-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır.
Reqlamentə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.