"Gent"ə uduzanda çoxları "Qarabağ"ın zəif çıxış etdiyini deyirdi" - NAZİR

"Gent"ə uduzanda çoxları "Qarabağ"ın zəif çıxış etdiyini deyirdi" - NAZİR

"Qarabağ" illərdir avrokuboklarda uğurlu çıxış edir".

mediasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Qarabağ"ın çempionluq tədbirində iştriak edən nazir Ağdam klubunu təbrik edib:

"Ötən il "Gent"ə uduzanda çoxları "Qarabağ"ın zəif çıxış etdiyini dedi. Amma nəzərə alaq ki, rəqib Belçika klubudur. Biz "Qarabağ"ın böyük komandalarla oyunlarına öyrəşmişik. Hamımızın arzusudur ki, "Qarabağ" oyunlarını Ağdamda keçirsin. Klubun inkişafı göz qabağındadır. Ümid edirik ki, tezliklə Ağdamda da stadion hazır olar və komanda oyunlarını orada keçirər. "Qarabağ"a hər zaman güclü olmağı arzu edirəm".