"Şamaxı" 7 cavabsız qol vurdu
UEFA Millətlər Liqası oyunlarına görə yaranmış fasilədən istifadə edən “Şamaxı” yoxlama matçı keçirib.
Mediasport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə klubu 1-ci Liqa təmsilçisi MOİK-lə qarşılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Belaydi Pusi (3), Giorgi Kantariya, Brahim Konate, Səbayıl Bağırov və Emin Zamanov vurublar.