UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib

UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib

Bakıda Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib.

Mediasport.az xəbər verir ki, məşğələlərə yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda, II mərhələsi mayda baş tutub.