Gövhər Beydullayeva İtaliyada dünya çempionatında birinci olub

Gövhər Beydullayeva İtaliyada dünya çempionatında birinci olub

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən rapid üzrə dünya çempionatında birinci yeri tutub.

Mediasport.az xəbər verir ki, o, rapid növündə 9 turdan 11 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Gümüş və bürünc medalları qazaxıstanlı şahmatçılar əldə ediblər. Müvafiq olaraq Kseniya Balabayeva, Zeynəb Sultanbek və Nazerke Nurqali fərqləniblər.

Dünya çempionatı blits növü üzrə yarışlarla davam edəcək.

Qeyd edək ki, Beydullayeva ötən il məhz İtaliyada keçirilən 20 yaşa qədər qızlar arasında dünya çempionatında qızıl medal qazanmışdı.