Millimizin baş məşqçisi Vitali Borisovla müqaviləyə xitam verildi

Millimizin baş məşqçisi Vitali Borisovla müqaviləyə xitam verildi

“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi baş verib.

Mediasport.az xəbər verir ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.

Bu səbəbdən baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

V.Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.

Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı.

Azərbaycan millisinin keçmiş üzvü baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.