Xanımlarımız əliboş qayıdırlar

Xanımlarımız əliboş qayıdırlar

Çexiyanın Brno şəhərində qadın idman gimnastikası üzrə “Vera Çaslavska Qran-Pri” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından mediasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi yığma komandamızın üzvləri Nazənin Teymurova, Duyğu Məcidzadə, Dəniz Əliyeva, Nəzrin Hümbətova və Aytən Məmmədova təmsil ediblər.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni sərbəst hərəkətlər proqramında finala adlayan Nazənin Teymurova göstərib. İdmançımız final çıxışının yekununda yarışı 6-cı pillədə başa vurub.