Azərbaycan millisi daha 2 gümüş medalla dünya üçüncüsü olub

Azərbaycan millisi daha 2 gümüş medalla dünya üçüncüsü olub

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Mediasport.az xəbər verir ki, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) yalnız finalda məğlub olublar.

İdmançılarımız müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) uduzublar.

Kənan Heybətov (70 kq) isə bürünc medal əldə edib.

Qadın güləşçimiz Elnurə Məmmədova (50 kq) bu gün üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, daha əvvəl Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.

Beləliklə, DÇ-də sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. 2 gümüş və 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub.

ABŞ (148) birinci, Türkiyə (113) ikinci yeri tutub.