Avropa çempionatı: Azərbaycan millisinin 3 güləşçisi finala çıxıb!
Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, ilk olaraq meydan yunan-Roma güləşçilərinə verilib.
Azərbaycan təmsilçiləri yarışa uğurla başlayıblar.
Millimizin ilk gündə xalça üzərinə çıxan 5 üzvündən ikisi finala yüksəlib, biri 3-cü yer üçün güləşəcək.
Ziya Babaşov (63 kq) və Həsən Həsənli (77 kq) sabah qızıl medal uğrunda yarışacaq.
Rəşad Məmmədov (55 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ümidləri doğrultmayıb.
Qitə birinciliyinə mayın 26-da yekun vurulacaq.