"Heç kimdən qorxmuruq, rəqibdən çəkinmədən mübarizə aparacağıq"
"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Serbiyada "Partizan"ın qonağı olacaq.
mediasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matç barədə açıqlama verib.
Rusiyalı çalışdırıcı rəqibdən çəkinmədiklərini deyibqorxmadıqlarını deyib: "Bir həftə əvvəl Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədik. İndi "Partizan" evdə oynayacaq. Onların yaxşı məşqçisi və komandası var.
Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, biz heç kimdən qorxmuruq. Biz rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik. Əsas olan intizamlı olmaq və çox çalışmaqdır. Ötən mövsüm biz çempionatda ən az qol buraxan komanda olduq. Müdafiə futbolu bizə uyğun deyil. Rəqib də öz şansını hücumda sınayacaq. Kimdə daha yaxşı alınacağını sabah görəcəyik".
Musayev Premyer Liqanın 2-ci turunun "Sumqayıt"la matçının təxirə salınması haqda da danışıb. 40 yaşlı məşqçi bunu heyətdə zədəli oyunçuların olması ilə əlaqələndirib:
"Komandanın liderlərindən biri bizi tərk edib, bir neçə oyunçumuz da zədəli idi. Oyununun təxirə salınması ehtimalı mümkün olduqda bundan istifadə etmək qərarına gəldik. Bunun bizim xeyrimizə olub-olmamasını sabah görəcəyik. Mən düşünmürəm ki, bu, bizə hər hansı üstünlük verəcək".