Sevgilisini döyən futbolçu yığma komandadan qovuldu

Sevgilisini döyən futbolçu yığma komandadan qovuldu

Braziliya Futbol Federasiyası yığmanın hücumçusu Antoni Маteus dos Santosu cəzalandırıb.

Mediasport.az xəbər verir ki, 23 yaşlı futbolçu keçmiş sevgilisi Qabriella Kavallinini döydüyü üçün milli komandadan qovulub.

Antoninin fiziki zorakılığına məruz qaldığını iddia edən Qabriella bir müddət əvvəl prokurorluq orqanlarna şikayət edib. Araşdırmalar və ekspertizanın ilkin rəyi iddianın doğru olduğunu təsdiqləyib.

BFF-in qərarına görə, "Mançester Yunayted"də çıxış edən forvardın adı yığmanın DÇ-2026-nın seçmə mərhələ oyunları üçün açıqlanan siyahısından çıxarılıb.