"Neftçi"nin baş məşqçisinin döydüyü eks-xanımı siyasətə başladı
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan siyasətə başlayıb.
mediasport.az xəbər verir ki, bugünlərdə rumın məşqçi ilə aralarındakı məhkəmə prosesi başa çatan 50 yaşlı model-futbol agenti Kodrin Stefanesku və Liviu Draqneanın qurduğu Vətən Naminə Alyans (APP) partiyasına üzv olub.
Qadınların hüquqlarının müdafiəsi ilə məşğul olacağını bildirən Prodan Regekampfla məlum qalmaqaldan sonra bu addımı atıb.
Anamariya Prodan bir müddət öncə Buxarestdəki evində Laurentsiu Regekampfın fiziki zorakılığına məruz qalmışdı. Cütlük 2008-2021-ci illərdə evli olub.