Heydərov dayanmaq istəyib, məşqçisi onu yola gətirib

Heydərov dayanmaq istəyib, məşqçisi onu yola gətirib

"Bu gün səhər yuxudan duranda tam inamım var idi. Dünya çempionu olduğumu xəyal edirdim. Məni uduzduran nəsə oldu, amma güvən həmişə yanımda idi".

MediaSport.az xəbər verir ki, bu sözləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya çempionatında bürünc medal qazanan cüdoçumuz Hidayət Heydərov deyib.

73 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı bildirib ki, il ərzində Avropa çempionu və mundialın mükafatçısı olmaq həqiqətən yaxşı hissdir: "Buraya qızıl medal üçün gəlmişdim. Ona görə də məğlubiyyəti qəbul etmək çətin oldu. Dayanmaq istəyirdim, amma məşqçim mənimlə danışdı, davam edib qələbə qazanmaq üçün motivasiya verdi. Dünya çempionatına hazır idim. Daha çox medal qazanmaq üçün işləməyə davam edəcəyəm".

Hidayət Heydərov Daşkənddəki Dünya çempionatında hələlik Azərbaycana medal qazandıran yeganə cüdoçudur.