Cüdoçularımız ilk dəfə Avropa Kata çempionatında iştirak edəcəklər

Cüdoçularımız ilk dəfə Avropa Kata çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları ilk dəfə Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, bu gün start götürəcək yarışda 21 ölkədən 300-ə yaxın idmançı mübarizə aparacaq.

Ölkəmizi turnirdə 6 cüdoçu təmsil edəcək. İdmançılarımızz “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Finallar sabah keçiriləcək.