Almaniyalı jurnalist Mahir Emrelini sorğu-sual etdi - VİDEOMÜSAHİBƏ

Almaniyalı jurnalist Mahir Emrelini sorğu-sual etdi - VİDEOMÜSAHİBƏ

"Nürnberq"in hücumçusu Mahir Emreli Almaniya klubunun televiziyasına müsahibə verib.

Mediasport.az xəbər verir ki, almaniyalı jurnalistin viktorinasayaq suallarını cavablandıran Azərbaycan milli komandasının üzvü qol vurmağın heyrətamiz olduğunu söyləyib.

Lakin 27 yaşlı hücumçu millidə qələbə qazanmağın daha vacib olduğunu əlavə edib:

"Bir mövsümdə oyunumuz az olur. Bu səbəbdən diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiniz və qalib gəlməyin lazım olduğunu bilirsiniz. Kimin qol vuracağı isə vacib deyil".

Emreli klub futbolunda hər şeyin fərqli olduğunu söyləyib:

"Sən hücumçü kimi çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini milli komandada da göstərə bilərsən".

Xatırladaq ki, Mahir 2-ci Bundesliqanın 9-cu turunda "Qröyter Fürt"ü 4:0 hesabı ilə məğlub etdikləri oyunda qol hesabını açıb.