Emin Mahmudov indi də Ərəbistan və Küveyt klubları ilə danışıqlar aparır

Emin Mahmudov indi də Ərəbistan və Küveyt klubları ilə danışıqlar aparır

"Neftçi" ilə müqaviləsini yeniləməyən Emin Mahmudovun növbəti mövsümə harada başlayacağı hələ də müəyyənləşməyib.

Cənubi Koreyaya gedəcəyi deyilən millimizin futbolçusu Asiyanın başqa ölkə klubları ilə də danışıqlar aparır.

MediaSport.az saytına daxil olan məlumata görə, hazırda Ərəbistanda istirahətdə olan 31 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkənin və ya Küveyt klublarının birində davam etdirə bilər. Ərəbistan və Küveyt təmsilçilərinin koreyalılarla müqayisədə, Eminə daha yüksək maaş təklif etdiyi bildirilir.

Mənbənin məlumatına görə, danışıqlar müsbət istiqamətdə davam etdirilir. Futbolçunun yay istirahətini məhz Ərəbistan yarımadasında keçirməsi də təsadüfi deyil. Belə deyək, Emin yarımadaya həm ziyarət, həm ticarət üçün yollanıb.


Elay