İcra hakimiyyəti şəhid övladlarını "Qarabağ"ın oyununa göndərdi

İcra hakimiyyəti şəhid övladlarını "Qarabağ"ın oyununa göndərdi

Şəmkir rayon İcra Hakimiyyəti "Qarabağ"ın Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün Bakıda "Olimpiakos"a qarşı keçirəcəyi oyunla bağlı təqdirəlayiq addım atıb.

İcra Hakimiyyətindən mediasport.az saytına verilən məlumata görə, şəhər rəhbərliyi Ağdam klubunun oyununu stadiondan izləmək arzusunda olan şəhid ailələrinin övladlarını bilet və lazımi ehtiyaclarla təmin edərək Bakıya yola salıb.

Şəhid ailələrinin ümumilikdə 22 övladı paytaxta İcra hakimiyyəti əməkdaşlarının müşayiəti ilə yollanıb. Qəhrəmanlarımızın övladları "Qarabağ"a dəstək pankartı açaraq yola düşüblər.

Klubdan öyrəndik ki, bu barədə məlumatları var və onlar Şəmkirdən gələcək şəhid övladları üçün 20-ci sektorda yer nəzərdə tutublar. Bundan başqa, şəhid övladlarının stadionda açacağı pankartın da icazəsini UEFA-dan alan komanda həmçinin 16-cı sektorda qəhrəmanlarımızın övladları üçün oturacaq ayırıb.