Hacı Əliyev, Rüstəm Orucov və Cəbrayıl Həsənov Basketbol Liqasında

Hacı Əliyev, Rüstəm Orucov və Cəbrayıl Həsənov Basketbol Liqasında

Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib.

Günün maraqla gözlənilən ikinci qarşılaşması - "Sərhədçi" və "Neftçi" İK oyununu məşhur idmançılarımız canlı izləyiblər.

mediasport.az saytının "Sərhədçi" İdman Olimpiya Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, kifayət qədər gərgin, dramatik məcrada keçən qarşılaşmaya tamaşa edənlər arasında sərbəst güləş üzrə gənclər ibarət Azərbaycan millisinin böyük məşqçisi Cəbrayıl Həsənov, əsas millimizin lideri Hacı Əliyev və cüdo yığmamızın üzvü Rüstəm Orucov da olub.