Təmsilçimiz İtaliyada 106 idmançı arasında qızıl medal qazandı
Qış idman növləri üzrə Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyanın Santa Katerina di Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, təmsilçimiz “downhill” növü üzrə qalib adı uğrunda yarışda bütün rəqiblərini qabaqlayıb.
O, 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında birinci yeri tutub. Yarışlara 3 yaş kateqoriyası üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.