Azərbaycanın ilk beynəlxalq dərəcəli hakimi vəfat edib - FOTO
Azərbaycanın ilk beynəlxalq dərəcəli həndbol hakimi Çingiz Axundov vəfat edib.
Mediasport.az Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir ki, sabiq referi 92 yaşında dünyasını dəyişib.
Ç.Axundov 1967-ci ildə İsveçdə keçirilən kişilər arasında dünya çempionatının final mərhələsində hakimlik edib.
O, 1970-2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışıb, dosent olub.