"Zəngəzur" Avropa Kubokunda pley-off mərhələsinə yüksəlib
Azərbaycanı Bolqarıstanda keçirilən minifutbol üzrə Avropa Kubokunda təmsil edən "Zəngəzur" qrup mərhələsini uğurla keçib.
Mediasport.az xəbər verir ki, ilk matçda yerli "Qalaktika Vratsa" kollektivinə 2:0 hesabı ilə qalib gələn Əjdər Əjdərovun komandası qrupda növbəti oyunlarda da məğlub olmayıb.
Təmsilçimiz bu gün Çexiyanın “Veşka Olomuç” və Yunanıstanın TMT kollektivləri ilə bərabərə qalıb. Müvafiq olaraq 1:1 və 3:3.
Beləliklə, "Zəngəzur" qrup ikinciliyini qarantiləməklə pley-off mərhələsinə yüksəlib.