15 min manatlıq Azərbaycan çempionatının püşkü atıldı
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.
mediasport.az xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva və Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva, Səbinə İbrahimova və Nərmin Abdinova arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.
Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).
11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. İlk turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.
Yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.