İdmançımız “Octagon”da texniki nokautla qələbə qazandı

İdmançımız “Octagon”da texniki nokautla qələbə qazandı

Qazaxıstanın Almatı şəhərində Asiyanın ən nüfuzlu “TOP-2” MMA liqası olan “Octagon”da Azərbaycan təmsilçisi Gündüz Nəbiyev növbəti görüşünü keçirib.

mediasport.az xəbər verir ki, idmançımız Qırğızıstan təmsilçisi Rəsul Kumbetbekoğluna birinci raundda texniki nokautla qalib gəlib.

Bu, Nəbiyevin “Octagon” liqasında ikinci döyüşü və ardıcıl ikinci qələbəsi olub. Təmsilçimiz növbəti döyüşünü liqanın kəməri uğrunda keçirəcək.