Azərbaycanlı idmançı Daşkənddə MMA üzrə çempionatın qalibi olub

Azərbaycanlı idmançı Daşkənddə MMA üzrə çempionatın qalibi olub

ABŞ-də yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən MMA üzrə çempionatda qalib olub.

Mediasport.az xəbər verir ki, “35-ci Açıq Döyüş Çempionatı”nda (Open Fighting Championship-35) həmyerlimiz ukraynalı rəqibi Roman Mayniçi məğlub edib.

O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb. Özbəkistanda yaşayan azərbaycanlılar idmançıya dəstək veriblər.

Qeyd edək ki, E.Xanoğlan budo döyüş sənəti üzrə dünya və Avropa çempionudur. O, ABŞ-də diaspor fəaliyyətində fəallığı ilə də seçilir. E.Xanoğlan 2023-cü ildə Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri seçilib.