"Qəbələ" Abbasovla müqaviləni uzatdı

"Qəbələ" Abbasovla müqaviləni uzatdı

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü Nəriman Abbasovla yeni müqavilə bağlayıb.

mediasport.az xəbər verir ki, 28 yaşlı idmançı ilə 1 illik yeni anlaşma imzalanıb.

Klubun prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb. Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti idmançıya karyerasında uğurlar arzulayıb.