Rafael Fiziyev Azərbaycanı "EA Sports"da təmsil edəcək

Rafael Fiziyev Azərbaycanı "EA Sports"da təmsil edəcək

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev "EA Sports"un UFC 4 video oyununa daxil edilib.

mediasport.az xəbər verir ki, 29 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Fiziyev Azərbaycanı bu oyunda təmsil edən ilk döyüşçü olduğu üçün qürur duyduğunu yazıb. O, fotosunu paylaşaraq izləyicilərinə "reytinqim haqqında nə düşünürsünüz" sualını da ünvanlayıb.