İki boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazandı

İki boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazandı

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

mediasport.az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü günündə dörddəbir final mərhələsi başa çatıb.

Turnirdə 52, 54, 57 və 60 kiloqram çəki dərəcələrində yarımfinala yüksələn boksçular bəlli olub. Azərbaycan millisinin altı idmançısı da dörddəbir final döyüşünü qələbə ilə bitirib və mərhələ adlamaqla özü üçün ən azı bürünc medalı təmin edib.

Həmçinin 46 və 50 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib. Döyüşlərin nəticəsinə əsasən yığmamızın daha iki boksçusu həlledici görüşə vəsiqə qazanıb. 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.


Turnirin üçüncü günündə aşağıdakı nəticələr qeydə alınıb:


52 kq

Yerjan İsteleyov (Qazaxıstan) – Eliyahu Tayber Maik (İsrail) – 5:0

Turğay Rəhimli (Azərbaycan) – Eldar Abdullazadə (Azərbaycan) – 1:4

İbrohim Qiyosov (Özbəkistan) – Əli Xudaverdiyev (Azərbaycan) – 5:0

Faiq Mollayev (Azərbaycan) – Daniyar Akbısenov (Qazaxıstan) – 3:2


54 kq

Elbrus Kərimli (Azərbaycan) – Sodmehr Dovlatov (Tacikistan) – 4:1

Aleksandr Marqa (Moldova) – Azad Cavadzadə (Azərbaycan) – 0:5

Vüsal Xəlilov (Azərbaycan) – Alixan Mairambekov (Qırğızıstan) – 1:4

Nihat Babacanov (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib


57 kq

Muhit Nurkabil (Qazaxıstan) – Bilol Curayev (Qazaxıstan) – birinci qalib gəlib

Pahlavonjon İbrohimov (Özbəkistan) – Orucəli Cavadzadə (Azərbaycan) – 3:2

Vaqif Hacıyev (Azərbaycan) – Şon Şraqo (İsrail) – 5:0

Platon Kozlov (Rusiya) – Zviad Tçotçua (Gürcüstan) – birinci tam üstünlüklə qalib gəlib


60 kq

Sardorbek Saidakbarov (Özbəkistan) – Abdulloh Karimzoda (Tacikistan) – 5:0

Canibek Tavbek (Qazaxıstan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 0:5

Ruslan Ruşanov (Azərbaycan) – Muhammed Alimbekov (Qırğızıstan) – 1:4

Akaki Basarya (Gürcüstan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5


46 kq

Behruz Kurbonov (Özbəkistan) – Ucal Musayev (Azərbaycan) – 4:1

Bilal Nəzərov (Azərbaycan) – Andrey Kotusov (Rusiya) – 5:0


50 kq

Sübhan Babayev (Azərbaycan) – Ramazan Orinbassar (Qazaxıstan) – 4:1

Arseni Jiltsov (Rusiya) – Şohjaxon Qahramanov (Özbəkistan) – 3:2