Yığma komandamızın daha bir boksçusu AÇ-də 2-ci yeri tutdu
Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında gümüş medalı qazanıb.
Mediasport.az xəbər verir ki, komandamızın hesabına növbəti mükafatı 80 kq çəki dərəcəsində finalda məğlub olan Murad Allahverdiyev yazdırıb.
Bununla da millinin Sofiyada əldə etdiyi medalların sayı 4-ə çatıb.
Daha əvvəl Marjona Savriyeva (50 kq) bürünc, Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) isə gümüş medal əldə edib.