İlin məşqçisi olmağa namizədlərin yekun sayı 8-ə düşüb - SİYAHI

İlin məşqçisi olmağa namizədlərin yekun sayı 8-ə düşüb - SİYAHI

“Globe Soccer Awards” 2023-cü ilin ən yaxşı futbolçusu adına namizəd məşqçilərin yekun siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, qalib adı uğrunda mübarizədə Pep Qvardiola ("Mançester Siti"), Karlo Ançelotti ("Real" Madrid), Mikel Arteta ("Arsenal"), Simone İnzagi ("İnter"), Marsel Koller ("Əl-Əhli", Qahirə), Lionel Skaloni (Argentina millisi), Luçano Spalyetti (İtaliya millisi) və Xavi ("Barselona") qalıb.

Avropa Klublar və Futbol Agentləri Assosiasiyasının təşkil etdiyi səsvermənin yekun nəticəsi 2024-cü il yanvarın 19-da məlum olacaq.

Mükafatın son qalibi 2022-ci ildə Karlo Ançelotti olub.